15 
Okt
2019
10:26
89
17
1952
Virtual karabakh

Azərbaycan Dünya Çimərlik Oyunlarında dördüncü medalı qazandı

15 Okt, 2019
10:26
1952

Azərbaycan Dünya Çimərlik Oyunlarında dördüncü medalı qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan milli komandası Qətərin paytaxtı Dohada keçirilən Dünya Çimərlik Oyunlarında dördüncü medalını qazanıb. 

Oxu.Az xəbər verir ki, yığmamızın aktivinə mükafatı triatlonun akvatlon növündə mübarizə aparan Rostislav Pevtsov və Kseniya Levkovskayadan ibarət ukraynalı cütlük yazdırıb.

Onlar qarışıq cütlükdə finiş xəttinə ikinci çatmaqla bürünc medala yiyələnib. R.Pevtsov və K.Levkovskaya 1:03,55 saat nəticə ilə ispaniyalı idmançılardan geri qalıb. Bürünc medalları isə macarıstanlı cütlük əldə edib.  

Qeyd edək ki, bunadək akvatlonun fərdi mübarizəsində dünən Kseniya Levskovskaya gümüş və Rostislav Pevtsov bürünc medal qazanıb. Həmçinin, Pənah İlyaslı (-70 kq) çimərlik güləşində ikinci olub. Bununla da Azərbaycan üç gümüş və bir bürünc medal qazanıb. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri