24 
Okt
2019
06:54
166
20
3778
Virtual karabakh

AFFA millinin bir neçə futbolçusunu cərimələdi – Siqaret çəkdiklərinə görə

24 Okt, 2019
06:54
3778

AFFA millinin bir neçə futbolçusunu cərimələdi – Siqaret çəkdiklərinə görə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının bir neçə futbolçusunu cərimələyib.

Oxu.Az xəbər verir ki, həmin futbolçuların yarış zamanı siqaret çəkdikləri məşqçi heyəti tərəfindən müəyyən olunub.

Hadisə U-19 komandaları arasında Avropa çempionatının ilkin mərhələsinin Çexiyada keçirilmiş qrup oyunları (9-15 oktyabr) müddətində  baş verib.

Məsələ ilə bağlı komandanın baş məşqçisinin təqdimatına əsasən AFFA tərəfindən həmin futbolçular cərimələnib və müqavilə ilə məxsus olduqları klublar bu barədə müvafiq qaydada məlumatlandırılacaq.

İntizam qaydalarını pozan həmin futbolçuların gələcəkdə milli komandaya dəvət olunub-olunmayacağı barədə qərar baş məşqçi tərəfindən veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri