Noy
2019
14:51
131
16
1549
Virtual karabakh

Azərbaycan şahmatçıları Olimpiadada daha iki medal qazanıb - FOTO

6 Noy, 2019
14:51
1549

Azərbaycan şahmatçıları Olimpiadada daha iki medal qazanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, 16 yaşadək şahmatçılardan ibarət Azərbaycan komandası Türkiyənin Çorum şəhərində keçirilən Olimpiadanın qalibi olub. 

Oxu.Az xəbər verir ki, U-16 yığmamız 16 xalla Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrinin təmsilçilərini geridə qoyub.

Şahmatçılarımız Ümumdünya Şahmat Olimpiadasının təntənəli bağlanış  mərasiminə milli geyimdə qatılıb. Komanda üzvlərinə və baş məşqçi Fərid Abbasova qızıl medal və çempion üçün hazırlanan kubok təqdim olunub. Mükafatlandırma mərasimində iştirak edən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim şahmatçılarımızı tarixi qələbə münasibətiylə təbrik edib. Ardınca şahmatçılarımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib.

Komandamızın üzvü Aydın Süleymanlı fərdi nəticələrinə əsasən ikinci lövhədə ən çox xal toplamaqla qızıl, Əhməd Əhmədzadə isə üçüncü lövhədə gümüş medala layiq görülüb.

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının prezidenti Seymur Talıbov da mötəbər yarışda komandamızı dəstəkləmək üçün Türkiyədə olub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri