23 
Noy
2019
09:48
17
207
3748
Virtual karabakh

Elxan Məmmədov: Bəzi futbolçularımız bacarıqlarını meydanda 100 faiz nümayiş etdirmir - VİDEO

23 Noy, 2019
09:48
3748

Elxan Məmmədov: Bəzi futbolçularımız bacarıqlarını meydanda 100 faiz nümayiş etdirmir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan Radiosu və İdman TV-nin ortaq yayımında “Extra Time” verilişində qonaq olub.

Oxu.Az xəbər verir ki, maraqlı müzakirələrin aparıldığı proqramda baş katib Azərbaycan milli komandasının son seçmə mərhələdəki uğursuz çıxışına münasibət bildirib:

“İlk növbədə, demək istərdim ki, biz də AFFA rəhbərliyi olaraq son seçmə mərhələdən razı deyilik. Təbii ki, bu nəticə bizi qane etmir. Bununla bağlı İcraiyyə Komitəsinin iclası olacaq və suallarımız çoxdur.

Baş məşqçiyə də suallarımız çoxdur. Gələcək müqavilə ilə bağlı müzakirələrimiz olacaq və daha sonra bununla bağlı müvafiq qərar qəbul ediləcək. Bəzi futbolçularımıza da suallarımız var. Bəzi futbolçularımız bacarıqlarını meydanda 100 faiz nümayiş etdirmir”.

Elxan Məmmədov ictimaiyyətdə olan narazılığı anlayışla qarşıladığını deyib:

“Peşəkar jurnalistlərin yazılarını təhlil edirik. Ancaq AFFA rəhbərliyi, işçiləri futbol oynamır. AFFA-nın funksiyası odur ki, şərait yaratsın, yəni infrastruktur, təlim-məşq toplanışları, digər texniki-inzibati işlər, turnir və liqaların təşkili, maliyyə təminatı və s. Meydançada isə artıq futbolçular oynayırlar”.

Qeyd edək ki, millimiz seçmə mərhələdə cəmi bir xal toplamaqla AVRO-96-nın antirekordunu təkrarlayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri