13 
Yan
2020
10:14
149
16
1942
Virtual karabakh

Dünya çempionumuz Çilidən gümüş medalla qayıdır

13 Yan, 2020
10:14
1942

Dünya çempionumuz Çilidən gümüş medalla qayıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya çempionumuz İrina Zaretskaya (-68 kq) Çilinin paytaxtı Santyaqoda keçirilən ilin ilk lisenziya xalı qazandıran Karate1 Seriya A turnirində gümüş medal qazanıb. 

Oxu.Az xəbər verir ki, o, finaladək Daniele van Viki (CAR) 9:0, Qalina Melniki (Ukrayna) 3:2 və Feryal Abdelazizi (Misir) 1:0 hesabı ilə məğlub edib.

Həlledici görüşdə İ.Zaretskaya Silvia Semeraroya (İtaliya) 0:1 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu turnirinə 65 ölkədən 466 karateçi qatılıb. Olimpiya və dünya reytinqində birinci sırada yer alan İrina Zaretskaya finala çıxmaqla xallarını bir qədər də artırıb. Onu yanvarın 24-26-da Fransanın paytaxtı Parisdə keçiriləcək ilin ilk Premyer Liqa turniri də gözləyir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri