14 
Fev
2020
17:50
639
25
6422
Virtual karabakh

Cəbrayıl da Avropa çempionatında erməni idmançısını məğlub etdi - YENİLƏNİB

14 Fev, 2020
17:50
6422

Cəbrayıl da Avropa çempionatında erməni idmançısını məğlub etdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan güləşçisi Cəbrayıl Həsənov yarımfinala vəsiqə qazanıb.

Oxu.Az xəbər verir ki, o, 1/4 finalda Arman Avaqyanı 8:4 hesabı ilə məğlub edib.

16:50

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında daha bir güləşçimiz erməni idmançısına rəqib olub.

Oxu.Az xəbər verir ki, üçqat Avropa çempionumuz, Olimpiya və dünya mükafatçımız Cəbrayıl Həsənov 1/8 finalda Rumıniyanı təmsil edən dağıstanlı güləşçi Ömərasxab Najmuddinovla qarşılaşıb.

Gərgin keçən görüş 8:8 hesabı ilə başa çatıb. Qələbə isə Cəbrayıla verilib.

Onun 1/4 finaldakı rəqibi Ermənistan idmançısı Arman Avaqyan olacaq.

Qeyd edək ki, bu gün start verilən sərbəst güləşçilərin yarışında son Avropa çempionatının finalçısı Ağahüseyn Mustafayev (70 kq) ilk görüşündə Ermənistan idmançısı Qevorq Mxeyanı 15:8 hesabı ilə məğlub edib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri