Azərbaycan şahmatçısı Günay Məmmədzadə çinli dünya çempionu Yu Venyunla mübarizə aparacaq.
Oxu.Az xəbər verir ki, bu gün Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda “Women's Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin üçüncü mərhələsi start götürəcək.
Turnirdə ümumilikdə, 16 şahmatçı mübarizə aparacaq.
Yarışda Azərbaycan şahmatçısı Günay Məmmədzadə də iştirak edəcək. 1/8 finalda şahmatçımızın rəqibi dünyanın ən güclü qadın şahmatçılarından biri, çinli Yu Venyun olacaq.
Rəylər