18 
İyl
2020
13:49
510
30
5767
Virtual karabakh

Azad Əsgərov ermənilərlə qarşılaşmalarından danışdı - VİDEO

18 İyl, 2020
13:49
5767

Azad Əsgərov ermənilərlə qarşılaşmalarından danışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan MMA, Pankration və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərovun Oxu.Az-a bildirdiyinə görə, o, vaxtilə güləşlə məşğul olub və bir neçə dəfə erməni idmançılarla qarşılaşıb:

“1987-ci ildə – 16 yaşımda klassik güləş üzrə yeniyetmələrin SSRİ çempionatının finalında erməni idmançısı ilə qarşılaşmışam. Onu 15:4 hesabı ilə məğlub etmişdim. Bundan bir il sonra Qubadlıda sərbəst güləş üzrə Azərbaycan çempionu oldum.

O vaxt yunan-Roma güləşçiləri sərbəst güləş yarışlarında iştirak edə bilirdi. Bu yarışdan sonra Volqoqrada getdim. Orada da erməni idmançısını məğlub etdim. Nə məsələdirsə, o vaxtlar ermənilərlə tez-tez üz-üzə gəlirdim”.

Sonda Azad Əsgərovun Aqon Akopyanla qaydasız döyüşdə qazandığı qələbəni diqqətinizə çatdırırıq:

Qeyd edək ki, Azad Əsgərov MMA-da, "Sherdog"dakı statistikaya görə, 26 döyüş keçirib. O, bunlardan 17-də qalib gəlib, iki görüşdə heç-heçə qeydə alınıb. Lakin əslində A.Əsgərov 50-yə yaxın döyüş keçirib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri