5 
Avq
2020
23:17
46
127
4402
yuxarı
“Başakşəhər” Avroliqa ilə vidalaşdı, “Şaxtyor”dan möhtəşəm oyun
Pandemiya ilə əlaqədar bu ilin martından yarımçıq dayandırılan avrokuboklar bərpa olunub.
Oxu.Az xəbər verir ki, Avropa Liqasında ilk qarşılaşma “Kopenhagen” və “Başakşəhər” klubları arasında olub.
Türkiyədə baş tutan ilk qarşılaşmada qollu heç-heçəyə razılaşan tərəflərin növbəti oyunu Danimarkada keçirilib.
Bu qarşılaşmada meydan sahibi olan “Kopenhagen” 3:0 hesablı qələbəyə sevinib. Bununla da “Başakşəhər” Avroliqa ilə vidalaşıb.
İkinci qarşılaşma Donetsk “Şaxtyor”u ilə “Volfsburq” arasında baş tutub. İlk qarşılaşmada olduğu kimi (2:1) bu oyunda da “Şaxtyor” qələbəyə sevinib. Ukrayna təmsilçisi “Volfsburq”un qapısından üç cavabsız top keçirib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
20 
Yan
2021
11:00
Mahir Emreliyə görə “Qarabağ”ın Polşa klubundan istədiyi məbləğ bilindi - FOTO
117
25
3852
19 
Yan
2021
18:21
Vətən müharibəsində baş leytenant olan jurnalist mükafatlandırıldı - FOTO
287
10
997