23 
Dek
2020
17:04
264
39
1263
Virtual karabakh

Dünya karatesinin pandemiyadan sonra ikinci böyük yarışı Bakıda olacaq

23 Dek, 2020
17:04
1263

Dünya karatesinin pandemiyadan sonra ikinci böyük yarışı Bakıda olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karate üzrə millimizin ilk yarışının vaxtı bilinib.

Oxu.Az xəbər verir ki, martdan bəri yarış üzünə həsrət qalan dünya karatesinin azarkeşləri fevraldan etibarən yarışı izləyəcək.

Əvvəlki tək yanvarda Paris Open və ya Paris Premyer Liqa yarışı olmayacaq. Bu dəfə 2021-ci ildə yarışlara fevralda start veriləcək.

Belə ki, 19-21 fevralda Portuqaliyanın paytaxtı Lissabon Premyer Liqa yarışına ev sahibliyi edəcək. Bu, pandemiya düşəndən bəri ən azı 19 beynəlxalq karate yarışının ləğv və ya təxirə salınmasından sonra ilk turnir olacaq. Həmçinin, bu yarışda Portuqaliya paytaxtı karatenin birinci dərəcəli turnirlərindən birində ev sahibi kimi debüt edəcək. 

Daha sonra karatedə ikinci yarış paytaxtımız Bakıda baş tutacaq. 12-14 martda Bakı da ilk dəfə Premyer Liqaya ev sahibliyi edəcək. Həmçinin, 9-11 apreldə Rabatda (Mərakeş), 3-5 sentyabrda Daşkənddə (Özbəkistan) və 1-3 oktyabrda Moskvada (Rusiya) analoji turnir keçiriləcək.

Qeyd edək ki, bu ilin martında karate üzrə Avropa çempionatı Bakıda keçirilməli olsa da, pandemiyaya görə yarış ləğv olunub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri