Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yaşar Bəşirov: “Olimpiadada azərbaycanlının hakimlik etməsi çox böyük nailiyyətdir”
“Cahangir Babayevin Tokio Olimpiya Oyunlarında hakimlik etməsi çox böyük nailiyyətdir. Açığı, özüm də buna inanmırdım”.
Bunu Oxu.Az-a Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov deyib.
O, 5-7 avqust tarixlərində Tokio Yay Olimpiya Oyunlarında karate yarışlarına azərbaycanlı hakim Cahangir Babayevin təyinat almasına sevindiyini bildirib. Yaşar Bəşirovun sözlərinə görə, bu qədər dövlət içərisindən azərbaycanlı hakimin yer alması vurğulanmalı məqamdır:
“198 dövlətdən 15 hakim Olimpiadada karate hakimi kimi fəaliyyət göstərəcək. Son olaraq cəmi üç hakimin adı açıqlanmalı idi. Hakimlərin arasında Türkiyə təmsilçi olduğuna görə, bizdən kiminsə o siyahıya salınacağına inanmırdım. Şükür Allaha, bu da təsdiqləndi. Bu hamımız üçün böyük bir fəxrdir”.
Qeyd edək ki, Cahangir Babayev həm də AMKF-nın Hakimlər Komitəsinin sədridir.
Səbuhi Musayev
Rəylər