29 
İyn
2021
21:56
298
56
8289
Virtual karabakh

İngiltərə dünya və Avropa çempionuna qalib gəlib 1/4 finala çıxdı - YENİLƏNİB+VİDEO

29 İyn, 2021
21:56
8289

İngiltərə dünya və Avropa çempionuna qalib gəlib 1/4 finala çıxdı - YENİLƏNİB+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Matç İngiltərənin Almaniya üzərində 2:0 hesablı qələbəsi ilə başa çatdı. İngiltərənin 1/4 finaldakı rəqibi bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq İsveç – Ukrayna görüşünün qalibi olacaq.

21:44

Meydan sahibi İngiltərə dördqat dünya və üçqat Avropa çempionlarına ikinci qolu da vurdu. Meydana ikinci hissədə daxil olmuş Cek Qrilişin ötürməsindən sonra Hari Keyn baş zərbəsi ilə fərqləndi – 2:0. Bu, hücumçu Keynin AVRO-2020-də dördüncü oyunda ilk qoludur.

21:35

İngiltərə 75-ci dəqiqədə hesabı açdı. Yenə İngiltərənin qolunu Rahim Sterlinq vurdu. Bu onun artıq AVRO-2020-də üçüncü qoludur.

21:35

Matçda ikinci hissə gedir. İndiyədək komandalar 32 dəfə qarşılaşıb. Bunlardan 13-də İngiltərə, 13-də Almaniya qalib gəlib, 6 görüş heç-heçə başa çatıb. Top fərqində ingilislər qabaqdadır: 51:42.

20:49

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində qapılara qol vurulmadı.

20:01

Matç başladı.

19:30

Futbol üzrə Avropa çempionatı davam edir.

Bu gün AÇ-2020-nin 1/8 final mərhələsina yekun vurulacaq.

Mərhələnin sonuncu oyun günündə daha iki görüş baş tutacaq. Əvvəlcə Londondakı “Uembli” stadionunda meydan sahibi İngiltərə yığması Almaniya ilə üz-üzə gələcək.

Günün digər qarşılaşması isə Qlazqodakı “Hempden Park” stadionunda keçiriləcək. Burada İsveç və Ukrayna yığmaları 1/4 finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

AÇ-2020
1/8 final
29 iyun

20:00. İngiltərə – Almaniya
Baş hakim: Danni Makkeli (Niderland).
London. “Uembli” stadionu.

İngiltərə (3-4-3): 1. Cordan Pikford, 2. Kayl Volker, 3. Luk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Hari Maquayr, 9. Hari Keyn (k), 10. Rahim Sterlinq, 12. Kiran Tripyer, 14. Kalvin Fillips, 25. Bukayo Saka.

Almaniya (3-4-3): 1. Manuel Noyer (k), 2. Antonio Rüdiqer, 4. Matias Qinter, 5. Mats Humels, 6. Yozua Kimix, 7. Kay Haverts, 8. Toni Kroos, 11. Timo Verner, 18. Leon Qoretska, 20. Robin Qosens, 25. Tomas Müler

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri