İyl
2022
21:39
314
4
1239
Virtual karabakh

Azərbaycan üzgüçüsü Avropa üçüncüsü oldu

6 İyl, 2022
21:39
1239

Azərbaycan üzgüçüsü Avropa üçüncüsü oldu

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında bürünc medal qazanıb.

Federasiyanın Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 18 yaşlı idmançı finalda 200 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan yarışda 3 üzgüçü ilə təmsil olunur. Yarışda Vəlizadə ilə yanaşı, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov da mübarizə aparır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri