Britaniyanın BBC nəşri “Travel” (“Səyahət”) bölməsində Bakı və Abşeronun görməli yerləri barədə fotoreportaj dərc edib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, reportajda palçıq vulkanlarına xüsusi diqqət yetirilib. Dünyada mövcud olan 1000 palçıq vulkanından 400-nün Azərbaycanda yerləşdiyi vurğulanıb.
Bundan əlavə, reportajda Qobustan, İçərişəhər, Atəşgah, Yanardağ kimi tarixi abidələrin tarixindən bəhs edilir.
Müəlliflər Azərbaycanda turistlərin cəlb edilməsi üçün görülmüş tədbirlər barədə məlumat verib.
N.О.