16 
İyl
2020
10:43
24
479
12324
Virtual karabakh

Oxu.Az ön cəbhədə: Ermənilər Dondar Quşçuda evə mərmi atdılar - FOTOREPORTAJ

16 İyl, 2020
10:43
12324

Oxu.Az ön cəbhədə: Ermənilər Dondar Quşçuda evə mərmi atdılar - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saat 04:00 radələrindən etibarən Ermənistan silahlı bölmələri Tovuz rayonu istiqamətində təxribat törədib.

Oxu.Az-ın cəbhə xəttinə ezam olunan əməkdaşı xəbər verir ki, təxribat zamanı mülki sakinlər hədəf alınıb. 

Ermənilər Tovuz rayonunun Dondar Quşçu kəndinin sakini Taryel Abdullayevə məxsus evin həyətinə mərmi atıblar.

Zərbə nəticəsində ev tamamilə dağılıb. Xoşbəxtlikdən təxribat zamanı ölən və yaralanan olmayıb.

İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Aqşin Kərimov
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri