Ukrayna prezidenti Petro Poroşenko Rusiya ilə dostluq barədə sazişin dayandırılması ilə bağlı sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Ukrayna prezident administrasiyasının saytında məlumat yerləşdirilib.
Sərəncamla 1997-ci il mayın 31-də imzalanmış Ukrayna və Rusiya arasında əməkdaşlıq, dostluq və tərəfdaşlıq haqqında saziş ləğv edilir.
Sentyabrın 30-dək Ukrayna Xarici İşlər Nazirliyi bununla bağlı Moskvaya nota təqdim edəcək, prezident isə qanun layihəsini parlamentə göndərəcək.
Rəylər