İyn
2019
02:44
126
35
6159
Virtual karabakh

ABŞ arzusunda olanların nəzərinə - Sosial şəbəkələr yoxlanılır

2 İyn, 2019
02:44
6159

ABŞ arzusunda olanların nəzərinə - Sosial şəbəkələr yoxlanılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Dövlət Departamenti Amerika vizası üçün müraciət edənlərdən sosial şəbəkələrinin ünvanını tələb etməyə başlayıb.

Bu barədə Oxu.AzAssociated Press”-ə istinadla xəbər verir.

Agentliyin məlumatına əsasən, ABŞ-a bütün viza tipləri almaq üçün yeni anket forması mayın 31-dən qüvvəyə minib. Ərizədə “sosial şəbəkələrin identifikasiya məlumatları” bölməsi yerləşdirilib. Ərizə verən sosial şəbəkələrdən istifadə etmədiyini bildirə bilər, lakin yalan informasiyaya görə xoşagəlməz nəticə gözlənilir.

Dövlət Departamentində bildirilib ki, bu yenilik terroristləri və cəmiyyət üçün təhlükəli olan insanları izləməyə kömək edəcək. Onlara ABŞ ərazisinə giriş qadağa olunacaq.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri