18 
Yan
2021
09:48
10
91
3584
Virtual karabakh

ÜST koronavirus xəstələrinin nə qədər müddətə yoluxucu qaldığını açıqladı

18 Yan, 2021
09:48
3584

ÜST koronavirus xəstələrinin nə qədər müddətə yoluxucu qaldığını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirusa yoluxmuş insanların çoxu simptomlar ortaya çıxdıqdan sonra səkkiz-doqquz gün ərzində yoluxucu ola bilər.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç “Rossiyskaya Qazeta” ya verdiyi müsahibədə bildirib.

“Yoluxucu olmaq üçün canlı virus yaymalısınız. İlkin araşdırmalara görə, əksər xəstələr simptomların başlanmasından sonra, yalnız səkkiz-doqquz günə kimi yoluxucu olur. Ancaq bu yoluxuculuq dövrü ağır xəstələrdə daha uzun ola bilər”, - deyə Vuynoviç əlavə edib.

Qeyd edək ki, ÜST xəstə insanlarla təmasda olan hər kəsin 14 günlük karantin müddəti keçməli olduğunu bildirib. Bu addım inkubasiya dövrünün uzunluğuna əsaslanır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri