Okt
2021
11:52
154
27
6288
Virtual karabakh

Batumi faciəsinin səbəbi açıqlandı: Şübhəlilər saxlanıldı - VİDEO

9 Okt, 2021
11:52
6288

Batumi faciəsinin səbəbi açıqlandı: Şübhəlilər saxlanıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Batumidə yaşayış binasının bir hissəsinin çökməsi ilə bağlı aparılan istintaq çərçivəsində üç nəfər həbs olunub. Onlardan biri binada təmir işi aparılan mənzilin sahibi, digər iki nəfər isə fəhlədir.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, mənzil sahibinin rəhbərliyi altında təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması ilə mənzildə tikinti və təmir işləri aparılıb. Bu isə binanın girişlərindən birinin tamamilə çökməsi ilə nəticələnib.

Saxlanılanları iki ildən 10 ilədək həbs cəzası gözləyir.

Xatırladaq ki, oktyabrın 8-də Batuminin mərkəzində yeddi mərtəbəli yaşayış binasının bir hissəsinin uçub. İndiyə qədər biri azyaşlı olmaqla beş nəfərin öldüyü bildirilib. Daha üç uşaq dağıntılar altında qaldığı ehtimal edilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri