Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Cəbrayıl şəhərinə köç edən ailələrə mənzillərinin açarları təqdim edilib
Cəbrayıl şəhərində 165 nəfərdən ibarət 39 ailəyə mənzillərin açarları təqdim edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Növbəti köç karvanı işğaldan azad olunan Cəbrayıl şəhərinə çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.
Bakının Qaradağ rayonundan növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salınıb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 39 ailə - 165 nəfər köçürülür.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınır.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 39 ailə - 165 nəfər köçürülür.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.
Rövşən Əsədov
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Ballıcaya köç edən ailələrə evlərinin açarları təqdim olundu
- Xocalı sakini: "Arzularımız gerçəkləşib, 33 ildən sonra Novruz bayramını doğma yurdda qeyd edəcəyik"
- Baş nazir: "İşğaldan azad edilmiş ərazilərdə 2 615 ailə evlə təmin edilib"
- Səhiyyə Nazirliyi tərəfindən Cəbrayılda ikigünlük oftalmoloji səyyar müayinələr keçirilir
- Ağdərəyə qayıdan keçmiş məcburi köçkünlərə mənzillərinin açarları təqdim edilib