Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Mövlud Çavuşoğlu: "Yeni güclər ortaya çıxmaqdadır və çalışırlar ki, qlobal düzəni dəyişsinlər"
"Qlobal dəyişikliklər özünü, sadəcə, nəzəri deyil, reallıqlarla da göstərir".
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda Türkiyə Böyük Millət Məclisinin üzvü, sabiq xarici işlər naziri (2014-2023) Mövlud Çavuşoğlu deyib.
"İkinci Dünya müharibəsindən sonrakı düzən tam başa çatmayıb. Biz etiraf etməliyik ki, dövr dəyişir", - deyə o, fikrini davam etdirib.
Gözləntilər barədə danışan M.Çavuşoğlu deyib ki, Çin-ABŞ rəqabətini görəcəyik. O deyib ki, parçalanmış dünyada münasibətləri dəyişməyə ehtiyac var:
"Yeni güclər ortaya çıxmaqdadır. Onlar çalışırlar ki, qlobal düzəni dəyişsinlər. Bu, anlaşılandır. Bu məsələlər Qərb tərəfindən də başa düşülməlidir".
"Suriyada yeni dönəm başlayıb. Mən çox nikbinəm. Çalışırıq ki, ölkənin bərpasına kömək edək, keçid dövründə hökumətin cəhdləri hədər olmasın", - deyə o qeyd edib.

Aləmdə Nəsib
"XII Qlobal Bakı Forumu" teqi üzrə xəbərlər
- XİN: "Ermənistan Azərbaycanla sərhəddə üçüncü qüvvələrin olmamasını qəbul edib"
- Artis Pabriks: "Yeni dünya düzəni hələ tamamlanmayıb, vəziyyət daha da pisləşə bilər"
- Hikmət Çətin: "Qlobal idarəçilik üçün kollektiv səy lazımdır"
- Mladen İvaniç: "Aİ ABŞ-nin idarə etdiyi qatarda, sadəcə, sərnişin olmağı seçir"
- Benita Ferrero-Valdner: "Ortamiqyaslı dövlətlər dünyada bələdçi rolunu oynayır"