28 
Okt
2019
05:14
123
38
14028
Virtual karabakh

“Gelandewagen”in elektrik rəqibi sifarişləri qəbul edir – FOTO

28 Okt, 2019
05:14
14028

“Gelandewagen”in elektrik rəqibi sifarişləri qəbul edir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bollinger” şirkətinin istehsal etdiyi beşqapılı “cip” və “pikap”ı “Gelandewagen”ə əbəs yerə bənzətmirlər – onlar eyni üslubda hazırlanıb.

Oxu.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, şirkət maşınların qiymətini elan edib və sifarişlərin qəbuluna start verib.

“Bollinger B1” və “B2” eyni platforma üzərində qurulub və eyni gücə malikdir – 622 at gücü. Maşınlar tamamilə alüminiumdan quraşdırılır, lakin çəkiləri 2 tondan artıqdır. Əsas ağırlığı 120 kilovatlıq akkumulyator yaradır: onun enerji ehtiyatı 300 kilometrlik avtoyürüşə imkan verir.

“Bollinger” 100 km/saat sürəti 4,5 saniyəyə əldə edir.

Maşının dibi zədələnmədən maksimum qorunmaq üçün kevlardan düzəldilir. Avtomobildə bütün şüşələri çıxartmaq mümkündür. “Bollinger” həm də 91 santimetrə qədər dərinliyi olan su maneələrini asanlıqla dəf edir.  

Maşınin qiyməti 125 min dollardır. “Bollinger”i əldə etmək istəyən şəxs siifaşdən əlavə 1000 dollar da depozit ödəməlidir.

Maşının kütləvi istehsalı gələn ildən başlayır və bir il ərzində sifarişçinin ünvanına çatdırılacaq.

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri