"Azərişıq" ASC Ağdərə və Xocalı rayonlarının bəzi yaşayış məntəqələrinin daxili və xarici elektrik təchizatının tam yenidən qurulmasına başlayır.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Məlumata görə, yenidənqurma işləri Ağdərənin Aşağı Oratağ, Çapar və Dəmirli, Xocalının isə Təzəbinə, Seyidbəyli, Daşbulaq, Badara, Xanyurdu və Ballıca kəndlərində həyata keçiriləcək. Bu işlərə təxminən 11 milyon manat xərclənəcək.