Baku TV 20 Yanvar faciəsində şəhid olan Şakir Ağakişiyevin ailəsini ziyarət edib.
Həyat yoldaşını qürurla anan Qızbacı Ağakişiyeva onun necə şəhid olmasından danışıb.
Qeyd edib ki, həmin gün həyat yoldaşı dostu ilə işdən qayıdırmış:
“Eşidirlər ki, sovet ordusu şəhərə yeridiləcək. Camaatı oradan uzaqlaşdırmağa gedirlər ki, heç kim ölməsin. “Jiquli”nin üstündən tankların keçdiyini görürlər. Maşını qırağa çəkib saxlasalar da, onları atəşə tuturlar. Maşına 32 güllə atırlar, onlardan beşi yoldaşımın ürəyinə dəyir”.
Ş.Ağakişiyevin şəhid olmasından beş ay sonra dünyaya gələn oğlu Elşən Ağakişiyev Vətən müharibəsi iştirakçısıdır.
“Səkkiz yaşıma qədər elə bilirdim ki, atam hərbçidir. Sonra bildim ki, atam şəhid olub. 44 günlük müharibədə döyüşdüm. “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşam”, - şəhidin oğlu deyib.
Ətraflı süjetdə:
Ailəsi 20 Yanvar şəhidi Şakir Ağakişiyevin şücaətindən danışdı - VİDEO
Rəylər