Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

“ASAN xidmət” psixoloji problemləri olan uşaqlara dəstək verir
Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi, “ASAN Radio” və “ASAN Könüllülər” Gənclər Təşkilatının təşkilatçılığı ilə psixoloji problemləri olan uşaqlara dəstək verir.
Oxu.Az-ın məlumatına görə, 15 iyul tarixindən etibarən Bakı şəhərində 4 saylı Bakı “ASAN xidmət” mərkəzi, Quba, Masallı və Qəbələ regional “ASAN xidmət” mərkəzlərində uşaqlarda məktəbəqədər təhsilin inkişafı proqramı, kəkələmə, əqli geriliyi, davranış pozuntuları, nitq problemləri, autizm, daun və digər bu kimi psixoloji problemləri olan 3-12 yaşadək uşaqlar üçün peşəkar Psixoloq və Loqoped xidmətləri ödənişsizdir.
Psixoloji müayinələrdən keçməyə dəvət edirik. Övladlarınızın psixoloji inkişafı bizim üçün önəmlidir!
Qəbul günləri: “ASAN xidmət” mərkəzlərində həftə içi beş gün olmaqla ödənişsiz psixoloji qiymətləndirmə xidmətləri göstəriləcək.
Əlaqə üçün 077 225-15-01
"ASAN xidmət" teqi üzrə xəbərlər
- MÜTDA övladları I sinfə gedəcək valideynlərə müraciət edib
- Qvineya-Bisaunun prezidenti "ASAN xidmət"də olub
- Əməkdaşlıq üçün yeni istiqamət: Azərbaycan-Afrika əlaqələri daha geniş sahələri əhatə edəcək
- İşğaldan azad olunmuş ərazilərimizdə "ASAN xidmət" mərkəzləri yaradılacaq
- Pakistanın baş naziri 7 saylı Bakı "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub