"Azərbaycanda orqan transplantasiyası üçün növbədə gözləyənlərin sayı ötən dövrlə müqayisədə çoxdur".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.
Onun sözlərinə görə, buna səbəb insanlarda artıq meyit donordan transplantasiyaların uğurlu olmasına inamın artmasıdır:
"Hazırda ölkədə 4 642 nəfər böyrək çatışmazlığı səbəbindən dializ müalicəsi alır. Bildiyimiz kimi, bu insanlara bir il ərzində 15 minə yaxın pul ayrılır. Həmin şəxslərin 90 faizinə donor lazımdır. Amma onlar inanırdılar ki, donor yoxdur. İndi isə meyit donorların sayı artıb və buna görə gözləyən insanların sayında da artım müşahidə olunur. Artıq vətəndaşlarımız bu barədə ümidlidirlər".