Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakı, Neftçala, Quba 1919-1925-ci illərdə - FOTO
Zaman-zaman internetdə Azərbaycan şəhərlərinin köhnə görüntüləri yayılır və istifadəçilərin marağına səbəb olur. Fotosənətin keçən əsrin əvvəllərində yarandığını nəzərə alsaq birinci fotoqrafların əməyi böyük önəm kəsb edir.
Belə fotoqraflardan biri də Solomon Telinqaterdir.
Məşhur qrafik rəssam, illüstrator, tanınmış bədii şrift ustası Solomon Telinqater 1903-cü ildə Tiflisdə yəhudi ailəsində anadan olub.
O, bütün yeniyetmə və gənclik illərini Bakıda keçirib. Burada afişalar çəkib, reklamları olan plakatlar çap edib, illüstrasiyalar və satirik rəsmlər hazırlayıb, müxtəlif nəşriyyat və qəzetlərlə əməkdaşlıq edib.
Telinqaterin öz zamanının möhtəşəm fotoqrafı olması çəkdiyi fotoları Azərbaycan tarixçiləri üçün əsl hədiyyə edib.
Azerhistory.com həmin fotoları təqdim edir:
1919. Bakı. İşçilər Klubunun çıxışından səhnə. Solda S. Telinqater
1920-ci illər Azərbaycanlı oğlan
1920-ci illər Quba
1924 il Bakı. S.B. Telinqater mətbəədə
1925, 28 noyabr. İliç buxtası, qazma. Bibi-Heybət
1925. İliç buxtası, Bibi-Heybət
1925. İliç buxtası, Bibi-Heybət körfəzlərinə baxış
1925. 8 noyabr. Binəqədi
1925. Neftçala, qəsəbənin mərkəzi hissəsi
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda çoxmərtəbəli binanın damında qanunsuz tikinti işləri DAYANDIRILDI
- Evdən qaçdıqları deyilən qızlarla bağlı yeni məlumat: Üçüncüsü də TAPILDI
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI