Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakı-Quba yolunda dəhşətli qəza: “Shackman” ana və iki övladını öldürdü – Foto + Video
Sentyabrın 29-da günorta saatlarında Bakı-Quba yolunda 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, qəza Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 109-cu km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb.
90 NZ 488 dövlət nömrə nişanlı, “Shackman” markalı yük maşını 53 BA 721 dövlət nömrə qeydiyyatlı “VAZ 2106” markalı avtomaşının üstündən keçib.
Qəza nəticəsində “VAZ 2106”-nın sərnişinləri İsgəndərova Xəyalə Vəlixan qızı, onun övladları - 2005-ci il təvvüllüdlü Elnur və 2007-ci il təvəllüdl Elmar hadisə yerində ölüb. Ailənin başçısı, Siyəzən rayonu, Yenikənd kənd sakini, 1976-cı il təvəllüdlü İsgəndərov Eldəniz İsrafil oğlu və minik maşının sürücüsü, Siyəzən şəhər sakini, 1988-ci il təvəllüdlü Orucov Samir Malik oğlu müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırılır.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Evdən qaçdıqları deyilən qızlarla bağlı yeni məlumat: Üçüncüsü də TAPILDI
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?