Bir müddət əvvəl təqdimatı keçirilmiş GTA V oyunu Qafqaz xalqlarının mənfi obrazını formalaşdırır.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, belə bir bəyanatla “Kavkazskaya politika” saytının şef-redaktoru Beslan Uspanov çıxış edib.
“Biz artıq vərdiş etmişik ki, Hollivud filmlərində, indi isə oyunlarda “pis oğlanlar” rollarını adətən qafqazlılar oynayırlar”.
Uspanovun rəyinə görə, GTA V ölkə rəhbərlikləri və cəmiyyət tərəfindən qiymətləndirilməlidir.
Qeyd edək ki, bir gün əvvəl “Kavkazskaya politika” saytında oyunu ümumiyyətlə Azərbaycanda qadağan etməyi təklif edən böyük məqalə yer almışdı.
Həmin oyunun missiyalarının birində qəhrəmana azərbaycanlı casusu snayper tüfəngindən güllələmək tələbə olunur. Süjetə görə düzgün hədəfi tapmaqda qəhrəmana Ferdinand Kərimov adlı digər azərbaycanlı kömək edir. Düzdür, o, bunu öz iradəsi ilə deyil, işgəncələrə dözməyib deyir.
Məqalə müəllifi əmindir ki, indi GTA V istehsalçılkarının günahı üzündən qeymerlər azərbaycanlıların “şərəf, borc, kişilik və digər yüksək dəyərlərdən uzaq casuslar” olduğunu düşünəcəklər.
Xatırladaq ki, GTA V ilin ən gözələnilən oyunu idi. Sentyabrın 17-də o, Xbox 360 və PS3 konsollarında təqdim olunub və yalnız satışların ilk üç günü 1 milyard dollardan çox pul qazanıb ki, bu da kompüter oyunları səneysində rekord bir göstəricidir.