Xətai rayonu M.Hadi küçəsində Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Vahid Rəfiyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə 2000-ci il təvəllüdlü Fərrux Şahbazovu vurub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilən V.Rəfiyev mayın 2-i saat 21.00 radələrində orada dünyasını dəyişib.