Paytaxtın Ziya Bünyadov prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, “Hyundai Elantra” markalı avtomobil prospektdə yerləşən tunelə yüksək sürətlə daxil olan zaman sürücü idarəetməni itirib. Avtomobil öncə bordürə, ardınca isə işıq dirəyinə çırpılaraq aşıb.
Qəza yolda tıxacın yaranmasına səbəb olub. Qəza yerinə yol partul xidmətinin əməkdaşları cəlb olunub.
Hadisə zamanı sürücü yüngül bədən xəsarətləri alıb.