Mayın 8-dən 9-na keçən gecə Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib. 7 yaşlı qız 9 mərtəbəli evin 6-cı mərtəbəsindən yıxılaraq həlak olub.
Bu barədə Vesti.Az-a Xətai Rayon Polis İdarəsindən məlumat veriblər
Bildirilir ki, hadisə M.Rüstəmov küçəsində 17 nömrəli evdə baş verib. Gecə təxminən 00:30-da 36 nömrəli mənzildə yaşayan 2006-cı il təvəllüdlü Fatimə Nurbilge Almaz 6-cı mərtəbənin balkonundan yıxılıb. Qızı Kliniki Tibb Mərkəzinə çatdırsalar da, o, səhər saat 6:00 radələrində dünyasını dəyişib.
Məlumdur ki, həlak olan qızın atası Türkiyə vətəndaşıdır. İlkin məlumatlara görə, qız somnabulizm xəstəliyindən əziyyət çəkirmiş, yəni, yuxuda gəzirmiş. Gecə yataqdan qalxan Fatimə Nurbilge balkona çıxıb və məhəccərdən aşıb...
Faktla bağlı araşdırma aparılır.
www.vesti.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin