Bakının Nizami rayonunda gənc qadın çoxmərtəbəli evin 5-ci mərtəbəsindən özünü atmağa çalışıb.
Oxu.Az Minval.az-a istinadən xəbər verir ki, naməlum qadının R.Rüstəmov k.-də intihar etmək istədiyi barədə məlumat FHN-ə saat 13.45-də daxil olub.
Hadisə yerinə gələn yanğınsöndürənlər qadının pəncərə məccərindən asılaraq qaldığını görüblər.
FHN əməkdaşları 5-ci mərtəbəyə qalxsalar da mənzilin qapısı bağlı olub.
Qonşulardan biri qonşu eyvandan qadının yaşadığı evə keçərək qadını yuxarı qaldırmağa nail olub. Yanğınsöndürənlər intihara cəhd edən qadını təcili yardım əməkdaşlarına təhvil veriblər.
