Səhər saatlarında paytaxtda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hadisə Ziya Bünyadov prospektində (DİN Hospitalının yaxınlığında) baş verib.
O bildirib ki, bu səbəbdən yolun hər iki istiqamətində sıxlıq var.
