Bakıda baş vermiş qəzanın bəzi təfərrüatları məlum olub.
Oxu.Az xəbər verir ki, qəzada xanım sürücünün günahsız olduğu müəyyən edilib.
Belə ki, baş vermiş qəza xanım sürücünün avtomobilində quraşdırılmş video-qeydiyyatçı vasitəsi ilə lentə alınıb.
Görüntülərdə xanım idarə etdiyi “Nissan Juke” markalı avtomobili sola manevr edir, bu zaman yolun solu ilə hərəkət edən “Mazda 3” markalı avtomobilin sürücüsü qarşıda olan avtomobili ötməyə başlayır və sağa manevr edir.
“Mazda 3” markalı avtomobilin sürücüsü sağa manevr edərək, sola manevr edən xanım sürücünü görmür və ona yol vermir.
Bunun nəticəsində qəza baş verir.
VİDEO: Stop Xam Azerbaijan
Elvin Əhmədov
www.oxu.az