Yol polisinin növbəti özbaşınalığı iyul ayının 29-da saat 20.00-da qeydə alınıb.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, foto və videoda 10 YP 370 dövlət nömrə nişanlı yol polisi avtomobili Azərbaycan prospekti (Hüsi Hacıyev küçəsi) ilə əks maşının üzərində olan xüsusi işıqları yandıraraq istiqamətdə hərəkət ediblər.
Avtomobilin hərəkətinin müşahidəsi onu idarə edən polis əməkdaşının qəza vəziyyəti törətdiyini göstərir. Bu isə xüsusi tapşırığı yerinə yetirmək, cinayətkarı tutmaq və ya yol nəqliyyat hadisəsinin baş verdiyi məkana yetişmək üçün deyil, sadəcə öz yolunu qısaltmaq üçün edilmişdi.
İki məhəllə yolu getdikdən sonra YPX maşını “Sovetski” tərəfə dönür.