Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda yük avtomobili ağaca çırpılıb: Yolda SIXLIQ YARANIB
Bakı şəhərinin Yasamal rayonunda yük avtomobilinin ağaca dəyməsi nəticəsində sıxlıq yaranıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Yol Polisinin Mətbuat Xidməti məlumat yayıb.
"Hazırda paytaxtın Yasamal rayonu Ə. Haqverdiyev küçəsi ilə Ə. Cəmil küçəsinin kəsişməsində yük avtomobilinin ağaca dəyməsi nəticəsində sıxlıq yaranıb. Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür", - məlumatda qeyd olunub.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Gəncədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb
- Azərbaycanda bayram günlərində 12 yol-nəqliyyat hadisəsi olub
- Bakıda sürücünün yanlış manevri qəzaya səbəb oldu
- Bakı-Quba-Rusiya yolunda idarəetmədən çıxan TIR məlumat lövhəsinə çırpıldı
- Astarada altı uşaq atasını maşınla vurub öldürənə cəza verildi
Ən çox oxunanlar