Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ABŞ NATO-dan çıxacaq?
ABŞ NATO-dan çıxmağı planlaşdırmır, lakin Avropa ilə münasibətlərdə Brüsselin Vaşinqtondan asılılığını artıran balanssızlığı qəbul etməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Brüsseldə Ukraynaya silah tədarükünü əlaqələndirən Qərb təmas qrupunun iclasında bildirib.
O, ABŞ-nin NATO-ya və Avropa ilə müdafiə sahəsində tərəfdaşlığa sadiq qalacağını qeyd edib.
"Bizim münasibətlərimizdə prioritet Avropanı gücləndirmək olmalıdır ki, onlar öz təhlükəsizliyinə görə məsuliyyəti öz üzərlərinə götürsün", - hərbi departamentinin rəhbəri vurğulayıb.
O, həmçinin Avropanı müdafiə sahəsinə daha çox xərcləməyə çağırıb.
"Ümumi daxili məhsulun 2%-i kifayət deyil. Prezident Tramp 5% təklif edib və mən bununla razıyam", - Heqset bildirib.
"Pit Heqset" teqi üzrə xəbərlər
- ABŞ Çinlə müharibəyə hazırdır
- ABŞ Meksikadakı narkotik bazalarına aviazərbələr endirə bilər
- Pentaqonun rəhbəri Baydenin vəzifədən getməzdən əvvəl ona qarşı nə etdiyini danışdı
- Ukrayna üçün nüvə silahının taleyini Tramp həll edəcək
- Pentaqon rəhbəri Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmasını mümkünsüz adlandırıb