Bakının bir sıra yollarında tıxac yaranıb.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;
2. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
3. Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Tbilisi prospekti, mərkəz istiqamətində;
6. Babək prospekti, mərkəz istiqamətində;
7. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. 8 Noyabr prospekti, Ramiz Quliyev küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
10. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq müşahidə olunur.