Bakıda özünü dənizə ataraq intihara cəhd edən qızla bağlı bəzi məqamlara aydınlıq gətirilib.
Oxu.Az Milli.az-a istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən bildirilənə görə, iki gün əvvəl Dənizkənarı Milli Parkda özünü dənizə atan 18 yaşlı Nuranə Matanova Bakı Biznes və Kooperasiya Kollecinin 2-ci kurs tələbəsidir.
Onun imtahanları ilə bağlı problemləri olub. İmtahanları verə bilmədiyindən əsəbləri korlanıb. Bu isə gənc qızı həyatdan küsdürüb və o, bulvara gələrək özünü dənizə atıb. Maddi vəziyyəti pis olan N.Matanovanın ailəsi fəhləliklə çörəkpulu qazanır.
Milli.az N.Matanova ilə bağlı daha bir maraqlı məqamı da dərc edib. Saytda gedən məlumatda onun atalığı tərəfindən təcavüzə məruz qaldığı deyilir:
“Atalığı onu zorlamağa cəhd edibmiş. Buna görə də qız sevdiyi oğlana zəng edərək bu barədə deyib və özünü dənizə atıb”.