Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərdə keçirilən buraxılış imtahanlarının rayonlar üzrə statistikasını açıqlayıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə TQDK-nın mətbuat katibi Elnur Nağızadə bildirib.
Məlumata görə, tam orta təhsil səviyyəsi üzrə ən yüksək nəticəni Naftalan şəhəri (100 %), türk liseyləri (100 %), hərbi liseylər və digər nazirliklərə aid olan məktəblər (97,63 %), Təhsil Nazirliyinə tabeli və özəl liseylər (97,35 %), Qubadlı rayonu (91,45 %), Qax rayonu (91,25 %), Sumqayıt şəhəri (90,99 %) göstərib.
Bakının orta məktəb məzunlarının 89,50 %-i, Mingəçevirin 87,24 %-i buraxılış imtahanlarında müsbət qiymət ala bilib.
11-ci siniflər üzrə ən aşağı nəticəni isə Sabirabad, Ağcabədi, Hacıqabul, İmişli və Cəlilabad rayonları göstərib.
Sabirabad məzunlarının cəmi 34,74 faizi imtahanlarda müsbət qiymət ala bilib.
Ümumi orta təhsil bazası üzrə isə ən yüksək nəticə türk liseylərinə (97,95%), hərbi liseylər və digər nazirliklərə aid olan məktəblərə (96,13%), Təhsil Nazirliyinə tabe və özəl liseylərə (91,74%), Naftalan (89,61%), Sumqayıt (80,36%) şəhərlərinə məxsusdur. Bakının 9-cu sinifləri imtahanda cəmi 75,44%, Mingəçevir 9-cuları usə 75,90 % müsbət nəticə göstərib.
Ümumi orta təhsil bazsı üzrə ən aşağı nəticə Sabirabad, Saatlı, Daşkəsən, Cəllilabad, Masallı, Astara, Gədəbəy, Ağcabədi və İmişli rayonlarına məxsusdur.
Sabirabadda 9-ci siniflərin cəmi 28.07 5-i, Saatlıda 31.68%-i, Daşkəsəndə 31.98 %-i, Cəlilabadda 33.59 %-i, Masallıda 34.93 %-i, Astarada 36.57 %-i, Gədəbəydə 36.94 %-i, Ağcabədidə 38.34 %-i, İmişlidə 38.61%-i qiymət ala bilib.