Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Deputatların istirahəti “pozula” bilər
Milli Məclisin növbədənkənar sessiyaları keçirilə bilər.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, növbədənkənar iclasların keçirilməsi bəzi yarımçıq qanun layihələrinin müzakirəsinin yekunlaşmaması ilə bağlıdır.
Həmin qanun layihələrinin təcili qəbulu gözlənilir ki, bunun da qısa zamanda – mayın 31-dək reallaşması mümkün görünmür.
Qeyd edək ki, parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı da dinlənilməyib.
Üstəlik, 2019-cu ilin büdcəsinin icrasına nəzarətlə bağlı da qanun layihəsi parlamentə hələ daxil olmayıb.
Bunları nəzərə alsaq, söyləmək olar ki, parlament may ayının 31-dək yaz sessiyasını bitirə bilməyəcək.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Bundan sonra deputatlar tətilə çıxırlar.
Lakin bu il martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclası keçirilməklə parlamentin yaz sessiyası açıq elan olundu.
Yaz sessiyasının qanunda nəzərdə tutulduğundan gec başlaması isə fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar idi.
Onu da bildirək ki, Milli Məclisin payız sessiyası öz işinə sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Söyüdlü (Zod) qızıl yatağının hansı qaydada işlədiləcəyi müəyyənləşəcək
- Azərbaycanda sabiq deputat vəfat etdi
- Xalqa xidmətə həsr olunmuş ömrün daha bir ili
- "Azərbaycan multikulturalizmi: Təcrübə, ənənə və müasir çağırışlar" mövzusunda panel müzakirə keçirilib
- Din Xadimlərinin Forumunda panel müzakirə keçirilib
Rəylər