Dövlət Sərhəd Xidmətinin S - 306 №-li sərhəd gözətçi gəmisi xidmətə başlayıb.
Oxu.Az bu barədə DSX-nın məlumatına istinadla xəbər verir.
Məlumata əsasən, S - 306 №-li sərhəd gözətçi gəmisi sentyabr ayının 16-da Xəzər dənizinə endirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev sentyabrın 7-də gəmiyə baxış keçirib.