Gəncə şəhərində maşının vuraraq öldürdüyü qadının adı məlum olub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında şəhər sakini, 1955-ci il təvəllüdlü Sevil Babayeva yolu keçmək istəyərkən “Toyota Prado” markalı maşın onu vurub.
S.Babayeva xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
09:55
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.
Hərəkətdə olan “Toyota Prado” markalı maşın yolu keçmək istəyən qadını vurub. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.