Göygöldə baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Qazel” və “KamAZ” toqquşublar. Qəza zamanı Tovuz rayon sakini, 77 yaşlı Həsən Bayramov hadisə yerində ölüb, onun övladı 28 yaşlı Müşviq Bayramov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
21:08
Göygöl rayonunun Hacıməlik ərazisində yol-nəqliyyat hadisəsi olub.
“Report”un məlumatına görə, kiçiktutumlu yük maşını “QAZel” ilə “KamAZ”ın toqquşması nəticəsində bir nəfər hadisə yerində keçinib, daha bir nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.