Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Hazırda Bakıda və Abşeron yarımadasında qar yağır - YENİLƏNİB
Yanvarın 10-da saat 15:00-a olan məlumata əsasən, hazırda Bakıda və Abşeron yarımadasında qar yağır.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti davam edir. Belə ki, Şahdağ, Daşkəsən, Gədəbəy, Naftalan, Ağdam, Kəlbəcər, Laçın, Xankəndi, Xocalı, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Altıağac, Quba, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, İsmayıllı, Zərdab, Göygöl, Yevlax, Beyləqan, İmişli, Kürdəmir, Goranboy, Mingəçevir, Şəmkir, Sabirabad, Cəfərxan, Hacıqabul, Qazıməmməd, Biləsuvar, Naftalan, Yardımlı, Lerikdə qar, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Gəncə, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Zaqatala, Neftçala, Lənkəran, Astarada isə yağış yağır.
Naxçıvan, Şərur, Daşkəsən, Şəki, Qax, Quba, Qrız, Lerikdə duman müşahidə olunur.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 2-7 dərəcə isti, aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 0 dərəcəyə yaxın, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta qeydə alınıb.
12:55
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-da saat 12:00-a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında sulu qar yağır.
Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur. Belə ki, Bərdə, Naftalan, İmişli, Qazıməmməd, Biləsuvar, Yardımlı, Lerik, Oğuz, Qusar, Quba, Sarıbaş, Şəki, Gədəbəy, Şamaxı, İsmayıllı, Ağdam, Xaltan, Qax, Sabirabad, İmişli, Cəfərxan, Qəbələ, Qobustan, Tərtər, Şirvan, Mingəçevirdə qar, Zaqatala, Balakən, Yevlax, Tovuz, Şəmkir, Göyçay, Ağstafa, Neftçala, Zərdab, Beyləqan, Lənkəran, Astara, Gəncə, İsmayıllı, Naxçıvan, Şahbuz, Ceyrançöl, Kürdəmirdə isə yağış yağır. Sumqayıt, Şərur, Daşkəsən, Şəki, Qax, Şamaxı, Qrızda duman müşahidə olunur.
Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 15-18 m/s, Beyləqanda 22 m/s, Naftalan, Balakən, Zaqatalada 18 m/s, Mingəçevirdə 17 m/s, Biləsuvarda 16 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.5 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 5, dağlıq rayonlarda 2 dərəcəyədək isti, Naxçıvan MR-da 5-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta qeydə alınıb.
11:13
Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, yanvarın 10-da ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntılı hava şəraiti yanvarın 12-dək fasilələrlə davam edəcək.
Bu barədə Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 11-i gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
09:11
“Yanvarın 10-u saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur”.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O bildirib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30-33 m/s, Şirvan, Beyləqan, Neftçalada 20 m/s, Yardımlı, Şəkidə 18 m/s, Mingəçevir, Şabran, Ağdamda 16 m/s-dək güclənib:
“Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4,8 metrə çatıb. Qar örtüyünün hündürlüyü Sarıbaş (Qax), Quba, Ordubadda 1 sm olub.
Düşən yağıntının miqdarı Sarıbaş (Qax), Lənkəran, Astarada 5 mm, Sədərəkdə 4 mm, Şahbuz, Ordubadda 3 mm, Şəki, Quba, Qusarda 2 mm, Neftçala, Göytəpə, Yardımlı, Kəlvəz, Şirvan, Qəbələ, Balakən, Ceyrançöl, Zaqatala, Oğuz, Qobustan, Xaltan, Şabran, Şərur, Naxçıvan və Abşeron yarımadasının bəzi yerlərində 1 mm-dək olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 4 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta olub”.
Gülşad Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan güclü külək yanvarın 10-u gündüz saatlarından zəifləyəcək. Yağıntılı hava şəraiti isə yanvarın 12-dək fasilələrlə davam edəcək.
08:30
Ölkə ərazisində qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti müşahidə olunur.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 10-u saat 08:00-a olan məlumatına əsasən, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30-33 m/s, Şirvan, Beyləqan, Neftçalada 20 m/s, Yardımlı, Şəkidə 18 m/s, əksər rayonlarda isə 16 m/s-a çatıb.
Neft Daşları Stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4,8 metr olub.
Quba, Ordubada qarın hündürlüyü 1 santimetr olub.
Rəylər