Baku TV-nin çəkiliş qrupu Nəsimi rayonu ərazisində yerləşən "Bioloji Təbabət" Klinikasının qarşısında hücuma məruz qalıb.
Canlı bağlantıdan sonra çəkiliş davam etdirilən zaman klinikanın rəhbəri media əməkdaşlarına yaxınlaşaraq zorakılıq edib, çəkilişə mane olub.
Klinika rəhbəri jurnalistlərə hücum etdi: Baku TV-nin əməkdaşına xəsarət yetirdi - VİDEO
Görüntülərdə həmin şəxsin kameraya zərbə vurduğu, avadanlığın bir hissəsini sındırdığı və operatora xəsarət yetirdiyi əks olunub.
Baku TV əməkdaşları baş verən hadisə ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər.
Qaynar xətt:
(055) 224 12 12