"Son illər ailələrdə doğulan uşaqların sayında azalma müşahidə olunur".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bunun bir çox səbəbləri var:
"Dövlətimiz çoxuşaqlı ailələrə müvafiq sosial dəstək proqramları həyata keçirir. Beynəlxalq təcrübəni öyrənməklə, üç və daha çox uşağı olan qadınlar üçün müəyyən güzəştlərin olunmasını təklif edirik".
Mərahim Nəsib