Kürdəmir rayonunun Sığırlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə saat 16 radələrində qeydə alınıb.
Belə ki, Türkiyə vətəndaşı İsmet Kartal idarə etdiyi yük avtomobili ilə Qazax istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə iritonnajlı nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Qaynar xətt:
(055) 224 12 12