Bakı Metropoliteninin yeni xətlərində platformada təhlükəsizlik qapıları quraşdırılacaq.
Gün.Az xəbər verir ki, platformanı stansiya və ya qatar yolundan ayıracaq bu konstruksiyalar Bakı metrosunda ilk dəfə yeni xətlərdə tətbiq olunacaq.
Metropolitendən bildirilib ki, bu qapıların əsas üstünlüyü sərnişin təhlükəsizliyini daha da artırmaqdır:
“Onun digər üstün cəhətləri stansiyanın qapalı tipli olması, platformanın stansiya yolundan ayrılması, sərnişin təhlükəsizliyinin ən yüksək həddi, sərnişinin stansiya yoluna yıxılmasının qarşısının alınması və s. sayılır”.
Yeni xətlərdə quraşdırılacaq bu qapılar, həmçinin qatarın yaratdığı səs-küyün minimum həddə endirilməsinə, tuneldən gələn hava təzyiqinin qarşısının alınmasına, qatarların hərəkət intervalının yaxşılaşdırılmasına yardımçı olacaq.
Qeyd edək ki, Bakı Metropoliteninin yeni xətlərindəki yeniliklər Bakı “Ekspo Mərkəzi”ndə davam edən “ROAD & TRAFFIC 2013” sərgisində nümayiş olunur.
www.gun.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin